Bu il Avropa və dünya hit-paradlarında böyük uğurlar qazanan rumıniyalı ulduzlar - DJ Layla və Dee Dee ilk dəfə olaraq martın 2-də Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Bunu Lent.az-a konsertin təşkilatçısı Hüseyn Cavadzadə deyib. Onun sözlərinə görə, sənətçilərin dünya turu çərçivəsində Bakıda gerçəkləşəcək konsert paytaxtımızda fəaliyyət göstərən klubların birində baş tutacaq. Bu il "Single Ladys" mahnısı ilə populyarlıq qazanan qrupun 2 saatlıq xüsusi proqramla çıxışı gözlənilir. Konsertin biletlərinin qiyməti 30-50-100 manat arasında olacaq.