Kamilə Babayeva: “Müvafiq orqanlara müraciət edəcəyəm”
28 fevral 2013 11:07 (UTC +04:00)

Kamilə Babayeva: “Müvafiq orqanlara müraciət edəcəyəm”

Tele-aparıcı Kamilə Babayeva qəzəblənib. Lent.az-ın məlumatına görə, teleaparıcının qəzəblənməsinə səbəb onun adından Facebook sosial şəbəkəsində saxta profil açılmasıdır. Redaksiyamıza telefon açan aparıcı bildirib ki, o, öz profilindən ən sonuncu dəfə avqust ayında istifadə edib: “Uzun müddətdir, Facebookdan istifadə etmirəm. Saxta Kamilə Babayeva profilində dostluğu qəbul edən şəxslər yazı üslubundan, düşüncə tərzindən o profilin mənim olmadığımı bilməlidir. Nə zaman Facebookdan istifadə etsəm, ən azı yazılarımdan biləcəklər ki, onları yazan mənəm. Eyni halla mənim kimi neçə-neçə tanınmış qarşılaşıb. Bu cür hadisələr insana çox pis təsir edir. Bu saxtakarlığı edən şəxsə sizin sayt vasitəsi ilə müraciət ünvanlayıram. Məsələ belə davam etsə, müvafiq orqanlara müraciət edəcəyəm”.

 

 

Qeyd edək ki, Kamilə Babayevanın adından saxta profil açan şəxs ötən gün belə bir status paylaşıb: “Yaşlı kişilərə cavab yazmayacağam. Özlərini yormasınlar. Mənə yalnız pərəstişkarlarım yazsınlar. Artıq bezdim mənasız suallardan. Kimsə mənim sosial şəbəkədə dostluq siyahımda olmaqdan narazıdırsa, silsin. Yazdığınız ismarışlarda sizə xoş münasibət bəsləyirəm deyə, başıma çıxmayın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3671
avatar

Yalçın UĞUR

Oxşar yazılar