“Məni qalmaqala sürükləyirlər. Hiss edəndə dərhal qarşısını aldım”. Bunu Lent.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. İfaçı haqsızlıqlardan artıq təngə gəldiyini söyləyib: “ Qalmaqal xarakterimə uyğun deyil. Bu günəcən öz sənətimlə tanınmışam. İndi sənət dostlarım məni görəndə deyirlər ki, ay Firuzə, bu nə işdir? Səni heç vaxt qalmaqalda görməmişdik. Onlara aydınlaşdıra bilmirəm ki, bu qalmaqala özüm istəmədən düşmüşəm. Var dövlət, tanınmaq üçün mahnı ifa etməmişəm. Sənətim, səsim olduğu üçün sevilirəm. Haqsızlıqlardan bezəndə, görəndə ki, artıq mümkün deyil, cavab verirəm. Ancaq bu, çox nadir hallarda olur. Özümü şou aləmində görmürəm. Çünki mən şou-biznesə yox, əsil Azərbaycan musiqisinə xidmət edirəm”.