Bu gün gənc müğənni Çingiz Mustafayev yeni yaratdığı “Palmas” qrupu ilə birlikdə ifa etdiyi “Səbəbim yoxdur” mahnısının klipini təqdim edib. Lent.az-ın məlumatına görə, söz və musiqisi ifaçının özünə məxsus olan “Səbəbim yoxdur” mahnısı rok janrındadır. Rejissor Əli Səttarın ekran həyatı verdiyi klipi izləyən ifaçı təəssüratlarını bölüşüb. O, Azərbaycanda rok janrına üstünlük verilmədiyini söyləyib: “Yeni yaratdığım “Palmas” qrupu təzə olsa da, şou-biznesdə iddialıdır. Qrupun artıq 9 mahnısı işıq üzü görüb. Rok janrı Azərbaycanda çox az dinlənilir. Halbuki bu musiqi başqa ölkələrdə gənclər, eləcə də orta yaşlı nəslin nümayəndələri tərəfindən çox sevilir. Ancaq biz rok janrında olan musiqini inkişaf etdirmək niyyətindəyik”.

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17