Azərbaycanlı opera müğənnisi Rusiya şou-biznesinə can atır
08 fevral 2013 13:50 (UTC +04:00)

Azərbaycanlı opera müğənnisi Rusiya şou-biznesinə can atır

Opera ifaçısı Cahangir Qurbanov sayca yeddinci olan yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, sənətçi Eldar Həsənovun “Meçta” (Arzu) mahnısını ekranlaşdırıb. Klipin ekran həyatını rejissor Nail Naiboğlu verib. İfaçı bu mahnını gənc həmkarı Leyla Babayeva ilə duet şəklində ifa edib. Klipdə duet ortaqları sevgili obrazını yaradıblar. 

Rusiya şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan opera ifaçısı il ərzində Eldar Həsənovun müəllifi olduğu mahnılardan ibarət 3 solo albom buraxıb. Onun “Lyubov iqra”, “Çujiye raznıye”, “Meçta” və görkəmli sənətkar Müslim Maqomayevə ithaf olunmuş mahnılarına ekran həyatı verilib. 

Qeyd edək ki, Cahangir Qurbanov Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar