Bəstəkar-müğənni Arif Səlimov “O mənəm” adlı klipinə təqdimat mərasimi keçirib. Lent.az-ın məlumatına görə, klip xalq artisti Nazpəri Dostəliyevanın dəstəyi ilə təqdim edilib. Təqdimatda xalq artisti Flora Kərimova, əməkdar artist Gülyanaq Məmmədova, müğənni Xatun, Ülvi Qılınc, Rövşən Civişov, Valeh İsrafilov və digərləri iştirak ediblər.
Mərasimdə səhnəyə çıxan müğənni türk mahnısı “Annem”i səsləndirib. O, mahnı oxuduğu zaman gözlənilmədən stolun üstündən götürdüyü stəkanı yerə çırparaq, sındırıb.
Qeyd edək ki, “O mənəm” mahnısının sözləri Zahir Abbas, musiqisi Arif Səlimovundur. Klipin rejissoru Rəhman Hacıyevdir.