Yola salmağa hazırlaşdığımız bu ildə şou əhli də bir çox hadisələrlə yadda qaldı.
Lent.az onlarla bağlı ən maraqlı məqamları təqdim edir.
Övlad sahibi olanlar
Teleaparıcı Hüsniyyə Məhərrəmova əkiz uşaq anası oldu.
Sənətdən uzaqlaşdığı söylənilən Ruhinin də əkiz övladı dünyaya gəldi.
Daha bir körpə səsi Aysel Teymurzadənin ailə həyatı qurduğu pianoçu Murad Adığözəlovun evindən gəlib.
Ailə həyatı qurmağa hazırlaşanlar
Ən gözlənilməz evlilik müjdəsini müğənni Rəqsanə İsmayılova verib.
Evlilik üçün addım atmaq niyyətində olan daha bir tanınmış, meyxanaçı Namiq Qaraçuxurlu oldu. Meyxanaçı xalq artisti Aygün Kazımova ilə ayrıldıqdan sonra ailə həyatı qurmaq qərarına gəlib. O, toyunun mart ayından tez olmayacağını da bəyan edib.
Daha sonra Pişik Günel, rəqqasə və müğənni Sevda Sonəliyeva da ailə həyatı qurmağa hazırlaşdıqlarını bildirdilər.
İlin yadda qalan evliliyi
İlin ən sürpriz evliliyi heç şübhəsiz Aysel Teymurzadənin pianoçu Murad Adıgözəlovla nikaha girməsi oldu.
Sürpriz evliliklər sırasına Səbinə Babayeva ilə rejissor Cavidan Şəriflin ailə qurmasını da aid etmək olar.
İlin yadda qalan evliliyi isə tanınmış teleaparıcı Zaur Baxşəliyevlə Günay Qələndərlinin toyu idi.
Mediadan gizli nikahını rəsmiləşdirən isə Emma Ələkbərzadə oldu. O, 35 yaşlı Emil Əliyevlə ailə həyatı qurdu.
Xatirə İslamın ərə getməsi də bu ilin evlilikləri sırasındadır.
İlin yadda qalan qalmaqalları
Stilist Samiraldonun ANS-in efirində əməkdar artist Elza Seyidcahanın geyimlərini bəyənməməyi qalmaqala səbəb oldu.
Xalq artisti Aygün Kazımovanın bir geyim dükanının açılışında əməkdar artist Elza Seyidcahana tort təklif etməməsi də qalmaqal yaratdı.
Digər bir qalmaqal isə Rəqsanə ilə eks-prodüseri Təranə Səmədova arsında baş verdi. Tərəflər bir-birini təhqir etməkdən çəkinmədi.
İlin boşananları
İlin gözlənilməz boşanma xəbəri Oksana Rəsulova və Elşad Xosedən gəldi. Daha bir boşanma xəbəri “Şheron” Rüstəmin ikinci evliliyinə son verməsi oldu. Qarmon ifaçısı Aftandil İsrafilovun qızı Həcərlə ailə həyatı quran Rüstəm, ondan boşanaraq ilk həyat yoldaşının yanına dönüb.
Türkiyəyə gəlin köçən və açıqlamalarında özünü orada xoşbəxt hiss etdiyini deyən Səidə Dadaşova, türkiyəli Səlcuq Gekezlə qalmaqallı ayrıldı. Tərəflər bir birlərini media vasitəsi ilə ittiham etməkdən belə çəkinmədi.
Telaparıcı Ülvira Qarayeva özündən yaşca kiçik olan meyxanaçı Tərlan Mustafayev ilə ailə həyatı qursa da, nikahı uzun sürmədi.