Xalq artisti Aygün Kazımova əcnəbi duet ortağı, məşhur amerikalı repçi Snop Dogla (Snoop Dog) klip çəkilişlərini reallaşdırmaq üçün fevralın 25-də ABŞ-a yola düşəcək. Lent.az-ın məlumatına görə, çəkilişlər əvvəl Los- Ancelesdə, Snop Dogun villasında, sonra Avropada aparılacaq. Burada klipin qəhrəmanları müasir və şərq üslubunda rəqslər edəcəklər. Bununla bağlı olaraq müğənni həm Türkiyədə, həm də Azərbaycanda rəqs məşğələləri ilə məşğul olur.
Qeyd edək ki, bu, Türkiyənin “Dokuzsekiz müzik yapım” şirkəti ilə Aygün Kazımovanın həyata keçirdiyi 4-cü layihədir. Müğənni bu şirkətin solistidir. Müqaviləyə görə, duet dünyanın bütün əsas telekanallarında yayımlanacaq.