Xalq artisti Aygün Kazımova əcnəbi duet ortağı Snup Doqun evində klip çəkdirəcək. Lent.az-ın məlumatına görə, müğənni Türkiyənin "Show" kanalında yayımlanan “Showkulüp” verilişində bu barədə məlumat verib. Snup Doqu uşaqlıqdan sevdiyini deyən müğənni bildirib ki, məşhur müğənni ilə dueti onun “Hollywood” layihəsində ilk işidir.
Fevralın 15-dən dünya ulduzu Snup Doqun Los–Ancelesdəki evində klip çəkdirəcəklərini deyən Aygün Kazımova oxuyacaqları duetin "Gangnam-style"dən sonra dünyada hitə çevriləcəyinə əmin olduğunu söyləyib. Müğənni bildirib ki, xoreoqraf Cennifer Lopez və Beyonsun xoreoqraflarıdır.
http://www.youtube.com/watch?feature=player_embedded&v=O57N9XsveiM