Aygün Bəylər: “ Nadir Qafarzadənin sənət aləminə aidiyyatı yoxdur”
09 fevral 2013 11:47 (UTC +04:00)

Aygün Bəylər: “ Nadir Qafarzadənin sənət aləminə aidiyyatı yoxdur”

 

 

 

 

Aygün Bəylərin narkotik istifadəçisi olduğu və buna görə də ölkəni tərk etdiyi haqqında şayiələr gəzirdi. Bunlar nədən qaynaqlandı ?

 

 -Bu şayiələri yazan və söyləyən insanların əqli çatışmazlığı var. Bilmirlər ki,  barəmdə nə danışsınlar. Mən məgər uşağam? Sənətə küçədən gəlməmişəm. Sənətkaram. Elə buna görə də söz-söhbətlər mənə çox pis təsir edir. O, gün Məhəmməd Peyğəmbərin doğum günü idi və həmin gün gecə bu şayiəni yayanları qarğışlayıb, Allaha tapşırdım. Bu mənim sənətimi gözdən salmaq istəyən insanların uydurmasıdır. Mən onlara başqa nə deyim?

 

Efirlərdə az-az görsənməyinizin səbəbi nədir?

 

-Mən incimişəm. Efirlərə çıxmaq niyyətində deyiləm. Axı efirə niyə çıxım ki? İndi oxuya bilən var ki? Kiminlə eyni səhnəni paylaşım? Oxuya bilməyənlə eyni səhnəni paylaşmaq istəmirəm. Yerli telekanallardan bircə Mədəniyyət kanalına çıxmaq istəyirəm. Onu da ki, Nadir Axundov( Y.S : Mədəniyyət kanalının direktor müavinini nəzərdə tutur) zəbt eləyib. Başqa kanallarda nə maraqlı veriliş var ki? Necə olur ki, sənəti olan insana efirə çıxmaq üçün dəvət gəlmir? Sənəti olmayanlar bütün günü efirlərdədir. Hamısı pula qulluq edir. Mən bunları deməliyəm. Ürəyimdə saxlamaq istəmirəm. Sənəti olmayanlar at oynadırlar. Atlar ölüb, itlərin bayramıdır. Mən öz sənətimlə, adımla gəlmişəm. Elə adımla da tanınsam yaxşıdır. Bütün korifey sənətkarlarımızda mən çəkdiyim əziyyəti çəkiblər. Sənətlərini öz çiyinlərində daşıyaraq, öz adlarını qazanıblar. İki ali təhsili olan müğənniyəm. Xanəndəliyi, dirijorluğu bitirmişəm. Amma mənə göstərilən diqqətin hansı yerdə olduğunu sizlərdə görürsünüz. Bu hal məni narahat edir.

 

 

-Niyə Moskvaya getmək qərarına gəldiniz ?

 

-Mən Moskvada pul qazanıram. Bu şəhərdə mənim sənətimə böyük diqqət ayırırlar. Şou proqramlara gedib, pul qazanıb övladımı saxlayıram. Ən əsası isə burada sifariş olmur. “Can-Cana oxu, “Ay canı yanmış” oxu. Özün hansı əsəri istəyirsən, ifa edə bilərsən. Sonra pul verirlər, əlindən də öpürlər. Amma bizdə belə deyil”.

 

 

- Rusiya şou-biznesinə qatılmaq istəyiniz varmı ? Xatırlayırsınızsa müğənni Nadir Qafarzadə də bir zaman Rusiya şou aləminə qatılmaqda iddialı idi.

 

-Bax burada səhv etdiniz. Belə deməyin. Nadir Qafarzadənin sənət, musiqi  aləminə aidiyyatı yoxdur. Siz özünüz bilmirsiniz ki Nadir kimdir? Mən başqa nə deyim ki? Onun adını mənim adımın yanında hallandırmayın. Çünki, mən əsil sənətçiyəm.

 

 

-Qızınız Canın səhhətində problemlər yaşadığı barədə xəbərlər dolaşırdı... 

 

- Hə, bir müddət bundan öncə qızımın mədə-bağırsağında problemləri var idi. Elə dünən onu həkimə göstərməyə getmişdim. İndi şükürlər olsun yaxşıdır. Dayələr uşağıma yaxşı baxmırlar. Çalışıram ki, özüm baxım.

 

 

- Ömrünüzdən keçən illər Aygün Bəylərdən nəyi alıb, nəyi verdi?

 

- Mənim bu həyatda qazandığım övladımdır. Bəzən öz-özümlə danışan zaman deyirəm ki, Allahım nə yaxşı bu uşağımı mənə verdi. Yoxsa, bu şou aləmində dəli olardım.

 

 

 - Aygün xanım, həyat yoldaşınızla ayrıldığınız barədə şayiələr gəzir. Hətta onun cəza çəkmə müəssisində olduğu barədə məlumatlarda dolaşmaqdadır...

 

-Yox. Bunlar elə şayiədir. Mən də çox eşidirəm bu şayiələri. Mənim həyat yoldaşım 15 ildir ki, Almaniyada yaşayır. O, Azərbaycanlıdır, amma Almaniya vətəndaşıdır. O, da sənət adamıdır. Özünün “pordakşını” var. Həyat yoldaşım cəza çəkmə müəssisində deyil. Baxmayaraq ki, o, mənim orada yaşamağımı istəyir. Amma mən getmirəm.

 

-Övladınız atasını tanıyırmı?

 

-Hə. Əlbəttə ki, tanıyır. Amma övladım mənimlə qalmaq istəyir. Qızım neynəyir ki, atasını ? Onun kişi kimi anası var. Qızım Can mənimlə xoşbəxtdir.

 

- Həmkarlarınızdan kimlərlə dostluq edirsiniz ?

 

Yox. Yox. Qətiyyən onlara salam, sağ ol etsəm kifayət eləyər. Onların yanında oturan zaman ancaq qeybət və dəxilsiz mövzularda söhbətləri eşitmiş oluram. Onlar başqa cür insanlardır. Bilmirəm nədən danışırlar. Onların xarakterləri məni qane eləmir. Yalançılıq, ikiüzlülük, qeybət, sünilik bunların hamısı şou-biznesdədir. Sakit öz həyatımı yaşayıram. Onlarla dostluq etmək istəmirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6569
avatar

Yalçın UĞUR

Oxşar yazılar