Türkiyənin tanınmış aktrisası Aydan Şener yenidən Bakıya gəlib. Lent.az-ın məlumatına görə, aktrisanın paytaxtımıza gəlməsinə səbəb, “Doktorlar “serialının 1 bölümünə dəvət almasıdır. Belə ki, aktrisa serialda xarici ölkədən gəlmiş həkim obrazını canlandıracaq. Serialda aktrisanın tərəf müqabili isə rejissor Şahin Zəkizadə olacaq.
Qeyd edək ki, bu gün ATV telekanalında yayımlanan “Gün keçir” proqramında Nanə Ağamalıyevanın qonağı olan aktrisa 3 gün Bakıda qalacaq.