Türkiyənin ən məşhur yarışmalarından olan “Yetənək sizsiniz”-in azərbaycanlı iştirakçıları Bakıya qayıdıblar. Qardaş ölkədəki çıxışlarından Lent.az-a danışan qrup üzvü Hilal Ağakişiyev qələbəyə iddialı olduqlarını və özlərinə rəqib görmədiklərini dedi: “ Artıq bir neçə gündür ki, vətəndəyik. Yarışmadakı çıxışımız uğurlu oldu. Belə bir yarışmada iştirakımız bizi sevindirir. Əslində, qrupumuzun adı “Nağd pul”-dur. Sadəcə, duet ortağım Afiqin təxəllüsüylə səhv salıb
Nato kimi təqdim etdilər. İştirakçılar çox olsa da rəqibimiz yoxdur. Azərbaycanı layiqincə təmsil edəcəyimizə inanıram”.