Gələn ay Bakıda "Crystall Hall"da konsert verəcək müğənni-bəstəkar Emin Ağalarov keçmiş futbolçu ilə görüşüb. Lent.az-ın məlumatına görə, bu günlərdə “Bico” ləqəbi ilə tanınan Ramin Nəsibovla Ağalarovun görüşü baş tutub. Daha dəqiq desək, Nəsibov bir süfrə arxasında, dostlarla birgə çəkdirdiyi şəkili sosial şəbəkədə paylaşıb. “Bico” fotonun altında "Xaş məclisini “Sea Breeze"də açıq elan etdik” şərhini yazıb.
Qeyd edək ki, R.Nəsibov daha çox “Simurq” klubundakı çıxışı ilə yadda qalıb.