“6 aya türk şou-biznesini darmadağın edəcəm. Buna pulum da çatar gücüm də”. Bu sözləri Lent.az-a açıqlamasında şou-biznesdə iddialı açıqlamaları ilə tanınan müğənni Orxan Babazadə deyib. Biznesmen-müğənni son vaxtlar Türkiyəyə üz tutan müğənnilərə açıq-aydın meydan oxuyub:
“Türk şou bazarına illərdir hazırlaşıram. Amma bunu ilk dəfədir dilə gətirirəm. Başqaları kimi boş danışıqla gündəm xətrinə çənəmi yoranlardan deyiləm. Dedimsə, mütləq edəcəyəm. İnanmayanlar isə yaxın günlərdə buna şahid olacaqlar” - deyə bildirib.
Biznesmen-müğənni son vaxtlar dəbdə olan, sözləri və musiqisi Ceyhun Əliyevə məxsus “Sən mənim gözəlimsən” adlı mahnısına klip də çəkdirir. Hələ montaj işləri gedən klipin çəkilişindən olan fotolenti təqdim edirik.