Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin Vergi Müfəttişliyi Şurasının araşdırmasında 150 sənətçinin gəlirləri ilə bəyannamələri arasında uyğunsuzluq aşkar edilib.
Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "radara" düşən məşhurlar arasında Serenay Sarıkaya, Halit Ergenç, Hadise və Gülşen də yer alır.
Dövlətdən gizlədildiyi iddia edilən qeyri-rəsmi gəlirin 1 milyard 500 milyon lirə olduğu təxmin edilir.
Vergidən yayındığı müəyyən edilən məşhurlara böyük miqdarda cəza kəsilə biləcəyi bildirilir.