İrina Bilık 2015-ci ilin mart ayında Aslan Əhmədovla evlənib. Bir müddət münasibətlərini gizlədiblər və oğulları Təbriz dünyaya gələndə bunu açıq elan ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, amma bu ilin iyul ayında Rusiyada yaşayan ukraynalı müğənni İrina Bilık və Azərbaycan əsilli rejissor Aslan Əhmədov boşanmaq üçün rəsmi müraciət ediblər. Ayrılığın təşəbbüsçüsü müğənni olub.
Daha əvvəl verdiyi müsahibələrdə Bilık, iki ölkədə yaşadıqları səbəbindən evliliyi xilas edilə bilməyəcəyini söyləyib. O, hər zaman Ukraynada, Aslan isə Rusiyada yaşayır.
İndi müğənni boşanmasının əsas səbəbini Aslanla onun çox dəyişməsi ilə izah edir.
“Həyatda belə olur: beş-on il bir insanla yaşayırsan və sən də, həmin insan da artıq fərqlidir. Bəlkə də buna görə insanlar bu ilk hissi, ilk anları saxlaya bilmədiklərindən boşanırlar”, - İrina Bilık müsahibəsində deyib.
Boşanmasına baxmayaraq, müğənni keçmiş həyat yoldaşı ilə işbirliyinə davam edir. Bu yaxınlarda Aslan Əhmədov İrina Bilık üçün "Günahından keç" mahnısına klip çəkib.
“Aslanla iki-üç yox, bir neçə dəfə işləyəcəyik, çünki o, fotoqraf, fotorəssam, rejissor kimi çox istedadlıdır. O, məncə, çox tez -tez "istifadə edilməlidir", çünki qadınların şəkillərini çox yaxşı çəkir”, - müğənni etiraf edir.
İrina Bilık hələ də sevgisi ilə görüşəcəyinə inamını itirmir. Müğənni yüksək səs-küyə səbəb olacaq toy təşkil edəcəyinə də söz verib.
“Bütün Ukraynaya demək istəyirəm ki, toy mənim həyatımda mütləq olacaq. Üstəlik, gözlənilməz və şən bir bayram istəyirəm. Hörmət etdiyim Ukrayna səhnəsinin bütün ulduzlarını toya çağıracağam”, - müğənni planları haqqında danışanda deyib.