"Star" telekanalında böyük maraqla izlənilən "Sevdiğim sensin" serialı yaddaşlardan silinməyəcək mövsüm finalı ilə yayımına fasilə verib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, serialın maraqla gözlənilən son bölümündə final səhnəsinə Erkan və Diclənin yaxınlaşması damğa vurub. Erkanın Dicləni öpdüyü həmin romantik anları tamaşaçılar böyük həyəcanla izləyib.
Lakin öpüşdən dərhal sonra Diclənin qəfil özünü pis hiss edərək huşunu itirməsi həm Erkanı, həm də izləyiciləri şoka salıb. Diclənin onun qollarında huşunu itirməsi qarşısında çaşqın qalan Erkanın sevgilisinə baxaraq dediyi sözlər mövsüm finalının ən diqqətçən səhnəsi olub:
“Bizim də ilk öpüşümüz bu qədər məsum və həyəcanlı olacaqdı...”
Bu səhnəni izləyən tamaşaçılar isə "Bu, hind seriallarını belə kölgədə qoyar", kimi rəylər yazıblar.