Müğənni Bahar Lətifqızı qonaq olduğu “Rəngarəng səhər” verilişində kövrək anlar yaşayıb.
Lent.az-ın xəbərinə görə, müğənni uşaq vaxtı yaşadığı çətin günləri xatırlayıb.
“Qonşudan borca çörək alırdım. Sonra aldığım çörəyi axşama qaytarmalı idim. Mənim evdə olduğumu qonşu bilməsin deyə işıqları söndürürdüm. Çox əziyyət çəkmişəm. Qonşuların köhnəlib deyə çöl qapıdan asdıqları çörəyi belə yediyim günlər olub”,- deyən müğənni indi artıq heç bir dərdinin qalmadığını bildirib.
“Mənim artıq heç bir dərdim yoxdur. Çünki iki gözəl balam var. Allaha hər zaman deyirdim ki, hamı ana oldu, amma mənim övladım olmadı. Allah deyirmiş ki, səbirli ol. Hər şeydən əlimi üzəndə, Allah mənə onları pay verdi”,- deyə o bildirib.