Özcan Denizdən  pis xəbər   - Həyat yoldaşı AÇIQLADI
17 fevral 2025 17:24 (UTC +04:00)

Özcan Denizdən pis xəbər - Həyat yoldaşı AÇIQLADI

Tanınmış müğənni Özcan Denizin həyat yoldaşı Samar Dadgarın sosial media hesabında etdiyi paylaşım diqqət çəkib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşının ailəsinə meydan oxuyan Dadgar bu mesajı paylaşıb:"Düşmənçiliyiniz bitmədi, tələləriniz bitmədi. Ona bir şey olarsa, dünyanı başınıza yıxaram.

Xəstəxanaya gedirəm, yoldayam. Nəfəs ala bilmirəm. Özcana bir şey olarsa, hamınızı cəhənnəm atəşində yandıracağam. Həqiqətən, o zaman oturub izləyin. Hamınızı, baxın hamınızı!"

Özcan Denizin anası Kadriye Deniz, oğlu və gəlini Samar Dadgar üçün uzaqlaşdırma və qoruma tələb edib, vəkili Rukiye Moray Erzundal Özcan Denizin anasının evinə gedərək təhdidlər və zorakılıq etdiyini iddisı ilə can təhlükəsizliyi səbəbilə uzaqlaşdırma və qoruma qərarı tələb etdiklərini bildirib.

Anasına sosial media hesabından cavab verən Özcan Deniz, Enfal surəsi 30-cu ayəsini paylaşaraq reaksiyasını göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3340

Oxşar yazılar