Məşhur türkiyəli aktyor Kıvanc Tatlıtuğ “Netflix”də yayımlanacaq yeni filmindən foto paylaşıb.
Lent.az yerli mətbuata istinadən bildirir ki, ata və oğul münasibətlərindən bəhs edən “Aşıklar günü” adlanan filmin rejissoru Özcan Alperdir.
Kıvanc Tatlıtuğ sosial media hesabından filmdən foto paylaşıb.
Qeyd edək ki, "Aşıklar günü" filmi Kemal Varolun eyni adlı əsəri əsasında çəkilir. Aktyor atası ilə böyük problem yaşayan vəkil Yusuf rolunu canlandırır.