“Gitarada ifa etməyi "YouTube"dan öyrənmişəm"  - Cavidan Fatihi
14 yanvar 2026 18:06 (UTC +04:00)

“Gitarada ifa etməyi "YouTube"dan öyrənmişəm" - Cavidan Fatihi

0

Müğənni Cavidan Fatihi musiqi karyerasına necə başladığını açıqlayıb.

Lent.az xəbər verir ki, APA TV-nin “Söz arasında” verilişinin qonağı olan sənətçi gitarada ifa etməyi öz-özünə öyrəndiyini bildirib.

Onun sözlərinə görə, ilk musiqi biliklərini əsasən “YouTube” platformasındakı videolar vasitəsilə əldə edib. Cavidan Fatihi qeyd edib ki, səhnə təcrübəsini isə ilk dəfə küçə ifaları ilə qazanıb:

“Mən gitarada ifa etməyi "YouTube"dan öyrənmişəm, ilk dəfə isə küçədə çıxış etmişəm”, - müğənni vurğulayıb.

O, küçə musiqisinin onun formalaşmasında mühüm rol oynadığını, canlı auditoriya qarşısında ifa etməyin böyük təcrübə qazandırdığını da əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar