Əfsanəvi İsveç qrupu ABBA, noyabrın əvvəlində yeni bir albom buraxacaq.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, musiqiçilər indiyə qədər iki mahnı təqdim ediblər.
Qrupun internet saytında "heç bir geri dönüşün yeni musiqi olmadan tamamlanmayacağı" bildirilir.
İsveç qrupu yeni albomun buraxılışını London Olimpiya Parkındakı arenada konsertlə qeyd edəcək.
Qrup artıq 2019-cu ildə səhnəyə qayıtmağı planlaşdırmışdı, lakin koronavirus pandemiyası səbəbindən holoqram şousu ləğv edildi.
Xatırladaq ki, ABBA 1974-cü ildə “Eurovision” Mahnı Müsabiqəsində Waterloo mahnısını ifa etmişdi. Mahnı hit olmuşdu.
İsveçli musiqiçilərin son studiya albomu 1981-ci ildə çıxdı.
Bildirilir ki, konsertdə pərəstişkarların tanıdığı bütün qrup üzvləri çıxış edəcək.