Bloqer Saule Bazarxan plastik əməliyyat zamanı ürəktutmadan vəfat edib, Smart Beauty Clinic klinikası polis tərəfindən möhürlənib.

Saule Bazarxan
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, məşhur bloqer və sahibkar plastik əməliyyat zamanı ürəktutmadan həyatını itirib. Məlumata görə, Saule Bazarxan abdominoplastika (qarın gərmə əməliyyatı) zamanı vəfat edib.
Bu arada tanınmış prodüser Gülzira Aidarbekova sahibkar və bloqer Saule Bazarxanın ölüm xəbərini təsdiqləyib. O bildirib ki, Saule onun üçün kiçik bacı kimi olub. Lakin ölüm səbəbini açıqlamayıb.
Məlumata görə, polis cinayət işi açıb və klinika möhürlənib.