Rəqqasə Fatimə Fətəliyeva qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o ərinə yaxşı qulluq edə bilmədiyini söyləyib.
"13 ildə həyat yoldaşıma bir dəfə süfrə açmamışam. Kişi istəyər səhər oyananda qarşısına çay qoyan, paltarını yuyan olsun. Bunu etməmişəm. Mənim həyatım bu cürdür. Yazığım gəlir ki, onun qarşısına mənim kimisi çıxıb. O, çox yaxşısına layiqdir".
Fatimə oğlunun ona geyimlə bağlı qadağa qoyduğunu da söyləyib.
“Açıq- saçıq geyinəndə başlayır deyinməyə” deyə o bildirib.