Zaqatalada qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, noyabrın 24-də saat 9 radələrində Zaqatala şəhərində 34 yaşlı Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, Əli Səfərov Aygün Həşimovanın keçmiş əridir. Onlar bir müddət əvvəl boşanıblar. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Ə.Səfərov keçmiş həyat yoldaşını küçədə öldürüb.