Yeməyə görə iş yoldaşını öldürdü, 100 il HƏBS CƏZASI
02 fevral 2024 15:42 (UTC +04:00)

Yeməyə görə iş yoldaşını öldürdü, 100 il HƏBS CƏZASI

ABŞ-ın Virciniya ştatında kişi iş yoldaşını yeməyə görə öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qatilin iş yoldaşı onun nahar yeməyini soyuducudan oğurlayıb. O, törətdiyi əmələ görə, 100 il həbs cəzasına məhkum edilib.

Məlumata görə, 2021-ci il aprelin 17-də səhər saatlarında 25 yaşlı Bazn Berhe Bailey dayanacaqda 58 yaşlı iş yoldaşı Hernan Leyvanı əvvəlcə döyüb, daha sonra bıçaqlayaraq öldürüb. Nəzarətçi işləyən Leyva iş yoldaşının nahar yeməyini ofisin soyuducusundan götürəndən sonra qarşı tərəfdə kin yaranıb.

Planını həyata keçirmək üçün Berhe aprelin 15-də növbəsini bitirdikdən sonra çəkic və iki bıçaq alıb. Aprelin 17-də səhər saatlarında işçilərin dayanacağına gələrək, Leyvanın gəlməsini gözləyib.

Berhe dərhal cinayətini etiraf edib və 2023-cü ilin oktyabrında birinci dərəcəli qətldə günahkar bilinib. Prokuror bildirib ki, cinayətkar 30 il şərti ilə 100 il həbs cəzası alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5136
avatar

Oxşar yazılar