Yaşlı kişini barda döyüb öldürdü
06 yanvar 2024 14:38 (UTC +04:00)

Yaşlı kişini barda döyüb öldürdü

Sankt-Peterburqda müştərilər arasında dava olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə gecə saatlarında Prosveşeniya prospektində yerləşən barbekü barda baş verib. İki müştəri arasında şifahi münaqişə yaranıb və sonda döyülmə ilə nəticələnib.

61 yaşlı zərərçəkən çoxsaylı bədən xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər xəstəyə açıq kəllə-beyin travması, beyin əzilməsi və kəllə sınığı diaqnozu qoysalar da, onu xilas edə bilməyiblər.

41 yaşlı digər müştəri cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb və nəzarətə götürülüb.

# 4311
avatar

Oxşar yazılar