Tovuzda məktəbli sinif yoldaşını BIÇAQLADI
09 dekabr 2023 16:20 (UTC +04:00)

Tovuzda məktəbli sinif yoldaşını BIÇAQLADI

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi 16 yaşlı Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.

# 4236
avatar

Oxşar yazılar