Sevgilisinin keçmiş ərini öldürmək üçün 1 milyona killer tutdu
29 fevral 2024 16:54 (UTC +04:00)

Sevgilisinin keçmiş ərini öldürmək üçün 1 milyona killer tutdu

Partnyorunun keçmiş ərini öldürmək üçün killer kirayələyən Rusiyanın Tula vilayət sakini barəsində cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 34 yaşlı kişi sevgilisinin keçmiş ərindən qurtulmaq üçün plan hazırlayıb. O, 1 milyon rubl (təxminən 18 min 600 manat) qarşılığında bir nəfərlə razılaşıb. Bu plandan xəbər tutan asayiş keşikçiləri həmin şəxsi qatilin adına pul köçürərkən saxlayıblar.

Qətli sifariş edənə qarşı bir neçə maddə ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5061
avatar

Oxşar yazılar