Rusiyada törədilən qətl Azərbaycanda  araşdırılacaq
07 sentyabr 2024 10:01 (UTC +04:00)

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Rusiya Federasiyasının region üzrə İstintaq İdarəsinin rəisi Yevgeni Dolqalevin sözlərinə görə, cinayət işinə təqsirləndirilən şəxsin hazırda yaşadığı Azərbaycanda baxılacaq.

Onun sözlərinə görə, cinayəti başqa ölkənin vətəndaşı törədib. Hazırda şöbə artıq onun təqsirini müəyyən edib, sübutlar toplayıb və qiyabi ittiham irəli sürüb. Cinayət işi Azərbaycana göndərilib.

Xatırlayaq ki, hadisə geniş ictimai rezonansa səbəb olub. 2019-cu ilin sentyabr ayında iki uşaq anası olan 36 yaşlı Natalya Ustinova külli miqdarda nağd pulla maşın almağa gedib və yoxa çıxıb. Oktyabr ayında Kirovski rayonunda boş ərazidə sibirli qadının meyiti tapılıb. Tezliklə şübhəli beynəlxalq axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Mehman Nəbiyev

Oxşar yazılar