Qubada dəhşətli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Çartəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Nəcəfov Hikmət Seyidbala oğlunun bıçaqlanmış meyiti yaşadığı evdə aşkar edilib.
Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.