Qohum ailələr arasında silahlı İNSİDENT:  ölənlər var
12 dekabr 2023 13:31 (UTC +04:00)

Qohum ailələr arasında silahlı İNSİDENT: ölənlər var

Türkiyədə qohumlar arasında silahlı incident olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Viranşehir qəsəbəsində baş verib. Qohum olan 2 ailə arasında hələlik bilinməyən səbəbdən münaqişə yaranıb.

Qısa zamanda böyüyən münaqişə davaya çevrilib. Silahların da istifadə olunduğu davada Tahsin Yılan, Mehmet Yılan, Faik Y., Ahmet Y. ve Mahmut Y. yaralanıb. Xəstəxanaya yerləşdirilən Tahsin Yılan və Mehmet Yılanı xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

# 3351
avatar

Oxşar yazılar