Qobustan rayonunda qətl törədilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
Kənd sakini, 24 yaşlı Günel Rasim qızı Ağabəyli yaşadığı evdə öldürülüb.
Araşdırmalar nəticəsində qətli G.Ağayevanın qayınatası Orucağa Ağayevin törətdiyi məlum olub.
O.Ağayev arvadı Sevilə də xəsarət yetirib.
O. Ağayev saxlanılıb.
İlkin məlumata görə, hadisə namus üstündə baş verib.