Qırmızı bülletenlə axtarışda olan mafiya başçısı İstanbulda saxlanıldı
27 dekabr 2023 10:48 (UTC +04:00)

Qırmızı bülletenlə axtarışda olan mafiya başçısı İstanbulda saxlanıldı

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan mafiya başçısı Eris Şröder Türkiyədə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. Onun sözlərinə görə, Almaniya tərəfindən axtarılan və İstanbulda ələ keçirilən Eris Şröder kriminal qruplaşma yaratma, cinayət nəticəsində əldə olunan çirkli pulların yuyulması və narkotik ticarətində təqsirləndirilir.

Məlumata əsasən, Şröder ölkələrarası narkotik ticarəti ilə məşğul olan Josef Johann Leijdekkersin pul məsələlərini həll edib.

# 3495
avatar

Oxşar yazılar