Qazancından narazı olan arvadını döyüb öldürdü
15 fevral 2024 16:57 (UTC +04:00)

Qazancından narazı olan arvadını döyüb öldürdü

Rusiyanın Krasnoyarsk diyarının sakini onu xəyanətdə və az qazancda ittiham edən sevgilisini döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, fevralın 11-nə keçən gecə 33 yaşlı kişi ilə sevgilisi arasında münaqişə baş verib. Mübahisə zamanı hər ikisi spirtli içkinin təsiri altında olub. Qadın ərini xəyanətdə və az maaş almaqda ittiham etməyə başlayıb.

Kişi ona hücum edərək, əlləri ilə başına və bədəninin digər hissələrinə vurub. Qadın huşunu itirəndə kişi təcili yardım çağırıb. Lakin həkim briqadası gələnə qədər qadın dünyasını dəyişib. Ölümün ilkin səbəbi qapalı kəllə-beyin zədəsidir.

Hüquq-mühafizə orqanları həmin şəxs barəsində ölümlə nəticələnən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb. Dindirilmə zamanı o, günahını etiraf edib.

# 4569
avatar

Oxşar yazılar