Qardaşı arvadını torpaq üstündə  öldürdü
06 avqust 2024 19:59 (UTC +04:00)

Qardaşı arvadını torpaq üstündə öldürdü

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Samsun şəhərinin Terme qəsəbəsində baş verib. 40 yaşlı Mustafa Demir qardaşı arvadı olan 3 uşaq anası 37 yaşlı Fatma Demiri torpaq üstündə bıçaqlayaraq öldürüb.

İddialara görə, hadisə zamanı Mustafa Demirin anası Esme Demir və oğlu Fatmanı tutub. Mustafa da ona bıçaq xəsarətləri yetirib. Müayinə zamanı meyitin üzərində 24 bıçaq yarası aşkarlanıb.

Hadisənin torpaq sahəsi üstündə baş verdiyi bildirilir. Cinayəti törədən Mustafa Demir daha sonra qaçıb. Onun anası və oğlu isə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2220
avatar

Oxşar yazılar