Qadın spirt töküb dostunu yandırdı
27 fevral 2024 10:03 (UTC +04:00)

Qadın spirt töküb dostunu yandırdı

Rusiyanın Vladivostok şəhərində qadın tanışını amansızlıqla öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qadınla tanışı arasında münaqişə olub. Mübahisə zamanı təqsirləndirilən şəxs dostunu öldürmək qərarına gəlib.

O, tərkibində spirt olan maye alıb və Polina Osipenko küçəsində yerləşən evin eyvanının məhəccərlərinin üzərinə tökərək yandırıb. Qadın ev alovlanana qədər gözləyib və hadisə yerindən qaçıb.

Məlumata görə, müttəhim zərərçəkmişin evdə yatdığını və sərxoş olduğunu bilib. Mərhumla bire evdə daha iki nəfər yaşayıb.

Hazırda məhkəmə şübhəlini nəzarətə götürüb.

# 2670
avatar

Oxşar yazılar