Oğlunu aclıqdan öldürən ana Azərbaycana qaçdı - ŞOK OLAY
28 dekabr 2023 11:30 (UTC +04:00)

Oğlunu aclıqdan öldürən ana Azərbaycana qaçdı - ŞOK OLAY

Kaluqada azyaşlı oğlan aclıqdan ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, anası onu müalicə etmək məqsədilə ac saxlayıb.

Məlumata əsasən, Kaluqa Regional Məhkəməsi uşaqlarını müalicə etmək üçün yeməkdən məhrum edən qadına qarşı hökm çıxarıb. O, 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi azyaşlı övladlarını adekvat qidalanmadan məhrum etməkdə, nəticədə oğullarından birini qidalanmadan öldürüb, digər ikisinin səhhətinə orta ağır zərər vurmaqda ittiham edilib. O, ümumi rejimli koloniyada 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda qadın beynəlxalq axtarışdadır. O, ailəsini qoyub Azərbaycana qaçdığı üçün cinayət işinə təqsirləndirilən şəxsin iştirakı ilə məhkəmə tərəfindən baxılıb. O, həbs olunduğu andan cəzasını çəkməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5208
avatar

Mehman Nəbiyev

Oxşar yazılar