Nişanlısını pəncərədən atdı,  qayınanasını doğrayıb İNTİHAR ETDİ
29 dekabr 2023 14:39 (UTC +04:00)

Nişanlısını pəncərədən atdı, qayınanasını doğrayıb İNTİHAR ETDİ

Samarada oğlan nişanlısını pəncərədən ataraq, qayınanasını bıçaqlayıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə onların yaşadığı Novo-Sadovaya küçəsindəki yaşayış binalarından birindəki mənzildə baş verib.

İstintaq müəyyən edib ki, həmin şəxs qeyri-adekvat vəziyyətdədir. O, əvvəlcə gələcək qayınanasını evin girişində öldürüb, daha sonra mənzilə daxil olaraq nişanlısını pəncərədən atıb. Qız yeddinci mərtəbədən yıxılması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

İki qətldən sonra oğlan öz həyatına da son qoyub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitini evin yaxınlığında aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5595
avatar

Oxşar yazılar