Miras üstündə nənəsini döyüb öldürdü
26 yanvar 2024 16:46 (UTC +04:00)

Miras üstündə nənəsini döyüb öldürdü

Rusiyanın Volqoqrad vilayətinin Frolovo şəhər sakini miras üstündə nənəsini döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, dekabrın 21-nə keçən gecə 31 yaşlı kişi sərxoş halda 86 yaşlı nənəsinin evinə gələrək mirası nəvələri arasında necə bölüşdürəcəyi ilə bağlı onunla mübahisə edib. Şöbədən verilən məlumata görə, dava zamanı kişi yaşlı qadını yumruq və təpiklə vurub, sonra isə mənzildən çıxıb. Təqaüdçü səhər saatlarında qonşusu tərəfindən ağır vəziyyətdə aşkarlanıb və təcili yardım çağırılıb. O, kəllə-beyin travması nəticəsində xəstəxanada dünyasını dəyişib.

Qeyd olunur ki, əvvəllər məhkum olunmuş nəvəyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə iş başlanıb.

Şübhəli şəxs saxlanılıb, araşdırma aparılır.

# 4188
avatar

Oxşar yazılar