Ural meyvə-tərəvəz bazası
10 avqust 2021 13:43 (UTC +04:00)

Ural meyvə-tərəvəz bazası

Məşhur baza uğrunda kriminal müharibə başlayır: "Astaralı Sedoy"un varisi bilindi...

Bir müddət öncə dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet “Astaralı Sedoy” ləqəbli Ağayar Ağayevin varisi elan olunub.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, onun tərəfdarları mərhum avtoritetin qardaşı oğlu, hazırda həbsdə olan 27 yaşlı Ruslan Ağayevi özlərinə başçı elan ediblər.

Rusiya mediasında yer alan xəbərə görə, “Astaralı Sedoy” Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya nəzarət edirmiş. Həmin bazanı itirməmək üçün mərhum avtoritetin ətrafı onun qardaşı oğlunu varis olaraq tanıyıblar. Hazırda tərəfdarlar nəzarəti ələ almaq üçün Ruslan Ağayevin həbsdən çıxmasını gözləyirlər.

Həmin bazaya nəzarət etmək üçün isə artıq kürd-slavyan klanı da hərəkətə keçib. Bu isə ondan xəbər verir ki, yaxın vaxtlarda baza uğrunda kriminal müharibələr başlaya bilər.

Qeyd edək ki, “Sedoy” ləqəbli kriminal avtoritet Ağayar Ağayev bu il 17 iyulda vəfat edib. O, 13 il idi qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi.

# 5388
avatar

Mehman Nəbiyev

Oxşar yazılar