Məktəbdə sinif yoldaşını bıçaqladı
20 dekabr 2023 10:37 (UTC +04:00)

Məktəbdə sinif yoldaşını bıçaqladı

İrkutsk yeniyetmə sinif yoldaşını bıçaqlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə vilayətin Nijneudinski rayonunda baş verib. Məktəblilər arasında uzun müddətdir ki, olduğu deyilir.

Bazar ertəsi ilk dərsdən əvvəl yeniyetmə sinif yoldaşına yaxınlaşaraq onu sinəsindən bıçaqlayıb. Hadisə yerinə gələn həkimlər döş qəfəsindən yaralanan şagirdi xəstəxanaya göndəriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetməni saxlayıblar. Onun artıq qeydiyyatda olduğu məlum olsa da, yaşına görə məsuliyyətə cəlb olunmayıb. Ana da valideynlik vəzifələrini yerinə yetirmədiyi üçün qeydiyyatdadır.

Hazırda faktla bağlı araşdırma aparılır.

# 3375
avatar

Oxşar yazılar