Masallıda DƏHŞƏT:  69 yaşlı qadını baltalayaraq öldürdülər
12 iyun 2026 11:50 (UTC +04:00)

Masallıda DƏHŞƏT: 69 yaşlı qadını baltalayaraq öldürdülər

0

Masallı rayonunda dəhşətli cinayət törədilib.  

Lent.az xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. 

Kənd sakini, 1957-ci il təvəllüdlü Elmira Əmənovanın balta ilə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.  

Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.

Hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar