Lənkəranskinin yaxın adamı öldürən keçmiş polis saxlanıldı
18 mart 2025 11:15 (UTC +04:00)

Lənkəranskinin yaxın adamı öldürən keçmiş polis saxlanıldı

Nüfuzlu “qanuni oğru” Merab Canqveladzenin qardaşı avtoritet Levan Canqveladzenin Tbilisidə qətlə yetirilməsi işi çərçivəsində axtarışa verilən Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş xüsusi təyinatlı zabiti Gela Udzilauri saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun Kaxetidəki evində axtarış aparılıb. 

Gela Udzilauri Canqveladzenin qətlində şübhəli bilinir.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın paytaxtı Tbilisidə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan Merab Canqveladzenin qardaşı Levanın küçədə qətlə yetirilməsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar