Küçədə gördüyü keçmiş arvadını GÜLLƏLƏDİ
02 yanvar 2024 19:56 (UTC +04:00)

Küçədə gördüyü keçmiş arvadını GÜLLƏLƏDİ

Türkiyədə qadın küçədə öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Çayırova qəsəbəsində baş verib. Avtomobildə dostu ilə gedən Yasin D. küçədə keçmiş arvadı Arzu Çınarı görüb. O, naməlum səbəblə tüfənglə qadına doğru atəş açıb və onu yaralayıb.

Bu zaman güllələrdən biri onları ayıran Yasin D.-nin dostu Kadir U.-ya da dəyib. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Yaralı Kadir U. isə evə buraxılıb.

Hadisəni törədən Yasin D. saxlanılaraq, cəzaçəkmə müəssisəsinə göndərilib.

# 4716
avatar

Oxşar yazılar