Kirayəçi ev sahibini çəngəllə öldürdü
20 dekabr 2024 15:26 (UTC +04:00)

Kirayəçi ev sahibini çəngəllə öldürdü

Rusiyanın Tümen vilayətində kirayəçi mənzil sahibini bıçaq və çəngəl ilə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü il mayın 11-də axşam saatlarında Borovski kəndində baş verib. 42 yaşlı kişi kirayədə qaldığı mənzildə sərxoş vəziyyətdə ev sahibinin bədəninin müxtəlif nahiyələrinə çəngəl və bıçaqla 50-dən çox zərbə vurub. Aldığı xəsarətlər nəticəsində 69 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Həmin şəxs qaçmağa tələssə də, tezliklə saxlanılıb. Cinayətkarın işi məhkəməyə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4703

Oxşar yazılar