Kənddə 5 nəfəri  öldürüb yandırdılar
02 oktyabr 2025 17:21 (UTC +04:00)

Kənddə 5 nəfəri öldürüb yandırdılar

0

Meksikanın Oaxaka ştatının dağlarında yandırılmış avtomobildən beş nəfərin meyiti tapılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hüquq-mühafizə orqanları hesab edir ki, Llyano-Amarillo kənd sakinləri beş nəfəri döyərək öldürüblər və cəsədlərini yandırıblar.

Prokurorluğun məlumatına görə, qətllərin bazar ertəsi baş verdiyi güman edilir, lakin kriminalistlər qalıqların identifikasiyası və ölüm vaxtının dəqiq müəyyən edilməsi üzərində hələ də işləyirlər.

İlkin məlumatlara əsasən, həmin beş nəfər bazar ertəsi ştatın paytaxtından təxminən 200 kilometr uzaqlıqda yerləşən dağ kəndinə bir qadından yüksək faizlə kredit almaq üçün gəliblər.

“Associated Press” yazır ki, bu cür linç hadisələri Meksikada zaman-zaman baş verir, xüsusilə də hakimiyyətin təsirinin az olduğu ucqar bölgələrdə belə hallar daha çox müşahidə olunur.

Məsələn, mart ayında Oaxakanın başqa bir şəhərində kütlə bir kişini uşaq zorlamasında ittiham etdikdən sonra onu öldürərək yandırıb. Ötən il isə Gerero ştatının Tasko şəhərində qız uşağının oğurlanması və qətlində ittiham olunan qadın kütlə tərəfindən öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar