Türkiyədə kişi qonşusunu həyəti sulamaq üstündə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Karabulut qəsəbəsində baş verib.
Ədavətli qonşular 50 yaşlı Murat Güneş və 73 yaşlı Oktay Altınyurt arasında həyəti sulamaq üstündə mübahisə yaranıb. Mübahisə zamanı OktayAltınyurt tapança ilə qonşusunu güllələyib.
Xəstəxanaya yerləşdirilən Murat Güneşi xilas etmək mümkün olmayıb.
Cinayətkar qonşu isə saxlanılıb.