Həbsxanada "AUE" ideyalarını yayan avtoritetə YENİ CƏZA
30 yanvar 2024 11:30 (UTC +04:00)

Həbsxanada "AUE" ideyalarını yayan avtoritetə YENİ CƏZA

Rusiyanın Perm şəhərində IK-9 həbsxanasında saxlanılan “Marik” ləqəbli kriminal avtoritet Marat Musin Rusiyada qadağan edilmiş “Məhkumların Cinayət Birliyi” (AUE) ekstremist hərəkatını təbliğ etdiyinə görə mühakimə olunub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər kişini ekstremist təşkilatın fəaliyyətində iştirakda və cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham edirlər. İstintaqın məlumatına görə, o, 2020-ci il oktyabrın 30-dan 2021-ci il yanvarın 1-dək koloniyada cəza çəkərkən cinayətkar subkultura ideyalarını təbliğ edib.

Kriminal aləmdə Ciro Qalski kimi tanınan “qanuni oğru” Ciro Şoniinin qərarı ilə Marik lider olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5493
avatar

Oxşar yazılar