Boşanmaq istəyən arvadını öldürüb intihar etdi
28 fevral 2024 17:24 (UTC +04:00)

Boşanmaq istəyən arvadını öldürüb intihar etdi

Türkiyədə kişi arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Akyazı qəsəbəsində qeydə alınıb. Ali Rza Aslan ondan boşanan arvadı Hatun Aslanla danışmaq üçün qayınatasının evinə gedib. Burada cütlük söhbət edərkən aralarında münaqişə yaranıb.

Münaqişə zamanı kişi üzərindəki tapança ilə arvadını güllələyərək öldürüb. Daha sonra həmin silahla özünə də atəş açaraq, intihar edib.

Məlum olub ki, öldürülən Hatun Aslanın bundan əvvəlki evliliyindən 2 uşağı varmış.

Faktla bağlı araşdırma aparılır.

# 3495
avatar

Oxşar yazılar